Quzanlıda “Bayraq yürüşü” keçiriləcək


15:14     05 Noyabr 2019 2019/11/bayraq-yurusu-quzanli_1572952701.jpg

Noyabrın 7-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Bayraq yürüşü” keçirəcək.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 420


Oxşar xəbərlər