Feysbukda yayılan virusdan necə qurtulmalı?


18:12     20 Noyabr 2015 26183.jpg


“Facebook” sosial şəbəkəsində yeni virus yayılıb.


Bu gün səhər saatlarından etibarən dünyanın ən məşhur sosial şəbəkəsi olan “Facebook”da yeni viruslar istifadəçilərə göndərilməyə başlanıb.

Şəxsi ismarıc kimi qrup formasında göndərilən ismarıcda video link yer alıb. Bəzi istifadəçilər bunun virus olduğunu bilmədən linkə daxil olur və o da virus şəbəkəsinə qoşulur. Beləliklə, bu virus linkə daxil olan hər kəsin adından başqa istifadəçilərə göndərilir.

Əgər siz də bu tip qruplara əlavə edilmisinizsə, videolara tıklamadan “qrupdan çıxış” və ya “yazışmanı tərk et” düyməsini seçin və mesajları silin.

Əgər həmin videoya tıklamısınızsa, o zaman mütləq parolu dəyişin və öz kompüterinizdə, yaxud telefonunuzda virusun yayılıb-yayılmadığını yoxlayın!

Femida.az

Açar sözlər:

Oxunub: 1512