Avtomobil elektrik dirəyinə çırpıldı - Sürücü öldü


09:54     10 Noyabr 2019 publika.az1397292007qeza3.jpg

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan A. Xəlilov dünyasını dəyişib.

Avtomobilin çırpıldığı elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb.

Faktla bağlı araşdırma aparılır. / Apa

Femida.az

Açar sözlər:

Oxunub: 425