Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib


11:18     12 Noyabr 2019 19_11_12_1573543129.jpg

Tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.


Femida.az -ın xəbərinə görə, bu barədə REN TV məlumat yayıb.

Telekanalın məlumatına görə, 76 yaşlı sənətçi ürək-damar cərrahiyyəsi şöbəsində müayinə olunur.

Həkimlər bundan sonra onun əməliyyat olunması və ya konservativ müalicəsi barədə qərar qəbul edəcəklər.

Açar sözlər:

Oxunub: 310