“YAP regionun ən böyük siyasi partiyasıdır” - Novruz Məmmədov


15:00     21 Noyabr 2015 trend_novruz-mammadov_270515_3689.jpg

Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyə, əmin-amanlığa və davamlı inkişafa xidmət edən əsas siyasi qüvvədir.


Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, Azərbaycanın və YAP-ın nailiyyətlərlə dolu yolu uzun illər davam edəcək: "Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, həm də regionun ən böyük siyasi partiyasıdır. Ümummilli liderin bizə ərməğanı olan bu partiya ölkədə sabitliyə, əmin-amanlığa və davamlı inkişafa xidmət edən əsas siyasi qüvvədir. Azərbaycanın və YAP-ın nailiyyətlərlə dolu yolu uzun illər davam edəcəkdir. Bütün Yeni Azərbaycan Partiyası üzvlərini təbrik edirəm!"

Açar sözlər:

Oxunub: 1030