Əlilliyi olan 543 nəfər metrodan istifadə edib
13:31 15 Noyabr 2019
Bu ilin aprel ayından indiyədək 543 fiziki məhdudiyyətli şəxs Bakı metrosundan istifadə edib.
Bu barədə Femida.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərin sifarişi icra olunub, 26 sifarişçi son anda xidmətdən imtina edib.
“Ay ərzində təxminən 70-80 sifariş daxil olur. Bütün metro üzrə bu sifariş verilə bilər. Sifariş qəbul olunur və 24 saat ərzində icra olunur. Təbii ki, günün pik saatlarda xidmət icra olunmur, qalan müddətdə icra olunur. Sifariş edən şəxsin əlil arabası yoxdursa, araba ilə də təmin olunur”.
B.Məmmədov qeyd edib ki, müvəqqəti olaraq pilləkənlərdən, eskalatorlardan istifadə edə bilməyən şəxslər də bu xidməti sifariş edə bilərlər.
“Həmçinin, ahıl şəxslər, görmə-eşitmə qabiliyyəti məhdud insanlar bundan istifadə edə bilərlər. Daha çox isə əlil arabasından istifadə edənlər müraciət edirlər”.
Qeyd edək ki, 2019-cu ilin aprel ayından metropolitendə sosial əhəmiyyətli layihəyə start verilib. Artıq Bakı metropoliteni əlil arabasından istifadə edənlərə əlçatandır. Fiziki imkanları məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları yeni layihə ilə tam genişləndirilib. Bu məqsədlə 10 nəfərdən ibarət işçi qrupu yaradılıb. Qrup sifarişi qəbul etdikdən sonra, sərnişini stansiyanın girişində qarşılayaraq, onu sifarişdə qeyd etdiyi stansiyanı tərk edənə qədər müşayiət edir. Metropolitenin bütün qatar tərkiblərində baş vaqonun maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər quraşdırılıb.
Femida.az
Oxunub: 473
Oxşar xəbərlər
- Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?
- Əlilliyi olan bəzi şəxslər avtomobili nömrəsiz idarə edir - DYP
- Əlilliyi olan şəxslərlə bağlı qanuna dəyişiklik edildi
- Əlilliyin qiymətləndirilməsinin yeni meyarları məlum olub
- Əlilliyin müəyyən olunması üzrə yeni MEYARLAR
- Əlilliyi olan şəxslər TƏBİB-in binası qarşısında etiraz edib
- Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək
- Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək
- Əlilliyin qiymətləndirilməsi qaydaları ilə bağlı yeniliklər açıqlandı
- Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb