Sumqayıtda zavodda kütləvi zəhərlənmə olub


12:29     16 Noyabr 2019 19_11_16_1573893028.jpg

Sumqayıt şəhərində qazdan zəhərlənmə olub.


Femida.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin sənaye zonasında yerləşən SOCAR Polimer zavodunda qeydə alınıb. Belə ki, orada çalışan işçilərdən 12 nəfər istehsalat prosesində hidrogen tərkibli qazdan zəhərlənib.

Zəhərlənənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə Sumqayıtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 577