Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib
16:11 16 Noyabr 2019
"Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə Zaqatala, Qax, Şəki, Oğuz və bir sıra rayonların ərazisində olan açıq meşə sahələri aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilib. Bu da meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, meyvə bolluğunun təmin olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır".
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.
Direktor deyib ki, yeni salınacaq bağ sahələri müasir damcılı suvarma sistemləri ilə təmin olunur: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə fondunun açıq sahələrinin bundan sonra da uzunmüddətli icarəyə verilməsi davam etdiriləcək".
Femida.az
Oxunub: 1080
Oxşar xəbərlər
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- Meşə zolağında narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanılıb
- Antalyada meşə yanğını başlayıb
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
- Meşə ərazilərində aşkarlanan qanunsuz ocaqxanaların sayı açıqlanıb
- Qəbələdə meşədə yanğın başlayıb
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb
- Oğuzda meşə ərazisində yanğın olub