"Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə göndərilib
10:00 18 Noyabr 2019
Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə göndərilib.
Bu barədə Femida.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, lüğət çap olunması üçün nəşriyyata təqdim edilib: “Bütün sözlər hərfbəhərf yoxlanılıb. Eyni zamanda Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarında yer alan bütün sözlər də lüğətdə qeyd olunub. Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" çap olunandan sonra ictimaiyyətə təqdim ediləcək".
Qeyd edək ki, bundan əvvəlki orfoqrafiya lüğətində olmayan, təxminən, 4000 yeni söz Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib.
Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.
Femida.az
Oxunub: 519
Oxşar xəbərlər
- Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn həftə çapa göndəriləcək
- Daha 50 söz orfoqrafiya lüğətindən çıxarılır
- Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
- Bu sözlər belə yazılacaq - Yeni orfoqrafiya normaları
- Orfoqrafiya Komissiyasında yeni qurum yaradıldı
- Orfoqrafiya lüğətindən çıxarılacaq sözlər məlum oldu
- Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq
- "Əsgər" sözü "əskər" kimi yazılacaq
- "Allah" sözü necə yazılmalıdır? - Dindar və filoloqdan əks fikirlər
- AMEA-dan ciddi təklif: Allah böyük hərflə yazılmalıdır