Hikmət Hacıyev Kolumbiya səfiri ilə danışıqlar aparıb


10:06     18 Noyabr 2019 2019/11/H-Kol-1574054766_1574057272.jpg

Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevlə görüş keçirib.


Kolumbiyanın Bakıdakı səfirliyindən verilən məlumata görə, tərəflər Kolumbiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan və Kolumbiya arasında əlaqələrin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə edilib.

Səfir Hikmət Haciyevə ölkəsindəki son hadisələr barədə məlumat verib və sülh sazişinin icrasındakı irəliləyiş və miqrasiya böhranı kimi məsələlərə toxunulub.

Tərəflər ticarət, turizm, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələri gücləndirmək üçün mümkün əməkdaşlıq layihələrini müzakirə ediblər.

H.Hacıyev Kolumbiya Prezidentinin diplomatik nümayəndəlik səviyyəsində qərarını məmnuniyyətlə qarşılayıb və səfirə Azərbaycanda vəzifəsi müddətində ikitərəfli əlaqələrin daha inkişaf edəcəyinə tam inamını ifadə edib, ona uğurlar arzulayıb.(AzVision)

Femida.az

Açar sözlər: #Kolumbiya  

Oxunub: 569