Aİ: Azərbaycanla danışıqların yaxın gələcəkdə başa çatacağına ümid edirik
11:38 18 Noyabr 2019
“Şərq Tərəfdaşlığı”nın gələcəyi haqda üzv dövlətlərin nə düşündükləri ilə bağlı ətraflı məsləhətləşmələr keçirilib. Hazırda biz aldığımız cavabları qiymətləndirmə mərhələsindəyik”.
Femida.az -ın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət Xidmətinin “Şərq Tərəfdaşlığı” və ATƏT departamentinin direktor müavini Radoslav Darski deyib.
O bildirib ki, qarşıdakı aylarda Aİ tərəfindən konkret təkliflər irəli sürüləcək: “Məlumdur ki, bu təkliflər yeni formalaşan Avropa Komissiyasının prioritetlərini özündə əks etdirəcək. Ümumilikdə müzakirələr zamanı maraqlı tərəflər yaxşı idarəçilik, qanunun aliliyi kimi prioritetləri “Şərq Tərəfdaşlığı”nın gələcək prioritetlər siyahısında görürlər. Digər tərəfdən, mən müzakirələr apardığımız bəzi maraqlı tərəflərdən ticarət, iqtisadiyyat, gənclik, xalqlar arası əlaqələr, ətraf mühit məsələləri ilə bağlı prioritetlərə qarşı artan tələb və gözlənti gördüm. Düşünürəm ki, bunlar bizim ortaq maraq maraqlarımıza uyğundur. İndiki mərhələdə növbəti hədəflərin yekun siyahısı ilə bağlı fikir yürütmək, nələrisə təhlil etmək çox tezdir. Ancaq mən “Şərq Tərəfdaşlığ”nın gələcək prioritetlər siyahısında bu konkret prioritetləri görmək üçün maraqlı tərəflərin müəyyən istəklərini görürəm”.
R. Darski Azərbaycanın “Şərq Tərəfdaşlığı”nın gələcəyi ilə bağlı müzakirələrdə iştirak və roluna münasibət bildirib. O qeyd edib ki, Azərbaycan “Şərq Tərəfdaşlığı”nın gələcəyi ilə bağlı müzakirələrdə fəal iştirak edir: “Biz Bakıda “Şərq Tərəfdaşlığı”nın gələcəyinə həsr olunmuş xüsusi tədbir təşkil etdik. “Şərq Tərəfdaşlığı”nın gələcəyi ilə bağlı çox sayda konkret təkliflər aldıq. Bəli, həqiqətən Azərbaycan bu prosesdə fəal iştirak edib və bizə bir neçə təklif verib. Təbii ki, Azərbaycanın təklifinin nə olduğunu bir cümlə ilə ifadə etmək qeyri-mümkündür. Çünki bu, hökumət, vətəndaş cəmiyyəti və beyin mərkəzlərindən olan çoxsaylı maraqlı tərəflərin bir neçə konkret rəyindən ibarətdir. Avropa İttifaqı və Azərbaycan arasında yeni razılaşma ilə bağlı danışıqlar davam edir. Ümid edirik ki, biz danışıqları yaxın gələcəkdə tamamlayacaq və bu razılaşmaya nail olacağıq. Çünki bu razılaşma Azərbaycanla əlaqələrdə yeni bir imkanlar təklif edir. Düşünürəm ki, bu hamı üçün, həm Avropa İttifaqı, həm də Azərbaycan üçün səmərəli olacaq".
Oxunub: 418
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"