Qubada "həyəcan" siqnalı - Polis ayağa qalxdı
12:03 19 Noyabr 2019
Quba Regional Mühafizə Şöbəsinin əməkdaşlarının apardıqları ayıq xidmət nəticəsində rayon ərazisində oğurluq hadisəsinin qarşısı alınıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, noyabrın 17-də saat 1 radələrində Quba rayonu ərazisində yerləşən və xüsusi vasitələrlə qorunan marketlərin birindən oğurluq edilməsi ilə əlaqədar Quba Regional Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.
Həyəcan siqnalı ilə polis əməkdaşları dərhal hadisə yerinə gələrək marketdən oğurluq etməyə cəhd göstərmiş rayon sakini, əvvəllər məhkum olunmuş 47 yaşlı E.Məmmədovu saxlayaraq, RPŞ-yə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 877
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib