Qaçırdığı avtomobillə qəza törətdi - BAKIDA


22:50     22 Noyabr 2015 qez94.jpg

Bakıda avtoyuma sexinin əməkdaşı müştərinin avtomobilini qaçıraraq qəza törədib.


Femida.az milli.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Bakı sakini, 1963-cü il təvəllüdlü Nəriman Əkbərov polisə müraciət edərək bildirib ki, özünə məxsus “Toyota Land Cruiser” markalı avtomobili M.Hadi küçəsində yerləşən “moyka”da işləyən Nicat adlı şəxsə yumaq üçün verib.

Nicat isə avtomobili qaçıraraq şəhərdə sürüb və gecə 02 radələrində K.Kərimov küçəsində maneəyə vuraraq maşını əzib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 592