Polis şöbəsində izahat verən qadın əri tərəfindən döyüldü
16:53 24 Noyabr 2019
Mingəçevirdə Polis Şöbəsində izahat verən qadına əri tərəfindən ağır xəsarət yetirilib.
Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü şəhər sakini Mustafayeva Pəri Rasim qızı ailədaxili mübahisə ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinə izahat vermək üçün gəlib. Əri isə gözlənilmədən Polis Şöbəsində ona yumruq zərbələri endirib.
Sifət nahiyəsindən müxtəlif dərəcəli qapalı travma alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 805
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Polis Yevlaxda əməliyyat keçirib, ata-oğul saxlanılıb
- Polis qadını iş başında tutdu: Görün nə edirmiş +VİDEO
- Polis azad edilmiş ərazilərə keçmək istəyən yeniyetməni saxlayıb
- Polis bu qızı axtarır - Foto
- Polisin şöbədə arvadını öldürdüyü an - VİDEO
- Polis şöbəsində arvadını güllələyən serjanta 18 il həbs cəzası verilib
- Polis əməliyyat keçirib, “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb
- Polis əməliyyat keçirib, 76 kq narkotik dövriyyədən çıxarılıb