Səfər Mehdiyev: “Azərbaycanda idxalın real artımı 6-7%-dir”


19:04     26 Noyabr 2019 2018/09/sefer-mehdiyev1_1536736794.jpg

“Bu ilin 10 ayında Azərbaycanın idxalının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 24% çox olub. Amma bu artımın 85%-ni Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ölkəyə idxal etdiyi qızıl təmin edib”.


Femida.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“İdxalın real artımı 6-7%-dir. Məsələn, buğda idxalında kəskin artım var. Bu ilin yanvar-oktyabr aylarında buğda idxalına çəkilən xərc ötən ilin eyni dövrü ilə müqayisədə 119 milyon ABŞ dolları, yaxud 68% çox olub”, - o qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 542