"Bratislava görüşündən nəticə gözləyirik" - Lavrov


14:38     03 Dekabr 2019 2019/12/5192b4c2-5ebe-425c-82fe-fc1aaee3743f_1575369595.jpg


"Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə çox zəngin və ətraflı söhbət etdik. Prezidentlərimizin münasibətlərimizi belə səviyyədə müəyyənləşdirməsi çox yaxşıdır".


Femida.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya etdiyi səfər səmərəli olub.

"Hökumətlərarası iqtisadi komissiyanın işi müzakirə edildi. Qərara gəldik ki, innovasiya və texnologiya üzrə birgə komissiya yaradaq", - rusiyalı nazir bildirib.

S.Lavrov həmçinin rəsmi Moskvanın Azərbaycan və Ermənistan XİN başçılarının Bratislavadakı görüşündən nəticə gözlədiyini vurğulayıb.

"Humanitar sahədə nümunəvi əməkdaşlıq qurulub. Gələn il Rusiyada Azərbaycan Günlərini keçirməyi planlaşdırırıq. Azərbaycanda rus dilinin inkişafı və tədrisi üçün minnətdarıq. Azərbaycanda rus dilində təhsilə tələbatın necə yüksək olduğunu görürük. Eyni zamanda bu gün Rusiya universitetlərində 11 mindən çox azərbaycanlı tələbə təhsil alır, onlardan mindən çoxu Rusiya hökumətinin xətti ilə oxuyur", - S.Lavrov diqqətə çatdırıb.

Femida.az

Açar sözlər: #Lavrov  

Oxunub: 456