Deputat oğlunun həbs müddəti uzadıldı


15:48     05 Dekabr 2019 19_12_05_1575546546.jpg

Deputat İqbal Məmmədova məxsus olduğu bildirilən “Relax” ticarət mərkəzində Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının döyülməsinə görə həbs edilən şəxslərin, o cümlədən İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlının həbs qətimkan tədbirinin müddəti uzadılıb.


Femida.az -ın verdiyi xəbərə görə, prokurorluğun bu barədə verdiyi təqdimata dekabrın 4-də Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə baxılıb və təqdimat təmin edilib.

Bu iş üzrə təqsirləndirilən şəxslər – İ. Məmmədovun qardaşı oğlu Orxan Nərimanlı, bacısı oğlu Pərviz Əsgərov, Mirhəmid Nərimanlı, Famil İmanov, Rahim Şahverdiyev və Amir Abbasovun həbsdə qalma müddəti 2020-ci il martın 15-dək uzadılıb.

Qeyd edək ki, adıçəkilən şəxslər vergi yoxlaması üçün gələn vəzifəli şəxsləri və sonradan əraziyə cəlb olunan polis əməkdaşlarını döyməkdə ittiham edilirlər.

Açar sözlər:

Oxunub: 535