Sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin tətbiqinə başlanıldı


11:00     06 Dekabr 2019 2018/09/sefer-mehdiyev1_1536736794.jpg

Azərbaycanda nəqliyyat vasitələri ilə ölkə sərhədindən çıxan zaman iş adamları və fiziki şəxslər üçün sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin tətbiqinə başlanılıb.

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, növbəti ildə bu sistem TIR, avtobus və digər nəqliyyat vasitələrində də tətbiq olunacaq.

S. Mehdiyev onu da deyib ki, “Yaşıl dəhliz” buraxılış sistemi özünü gözlədiyimizdən də artıq doğruldur: "Sistemin işə düşdüyü bu il fevralın 1-dən indiyə qədər onunla ümumi ticarət dövriyyəsinin dəyəri 6,4 milyard dolları keçib. “Yaşıl dəhliz”in üstün cəhətləri çoxdur. Burada heç bir növbə gözləmədən yükləri anbara daşımaq olur. Hesab edirəm ki, gələn il sistemin iştirakçılarının sayı bir qədər də artacaq”, - Komitə sədri qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 472


Oxşar xəbərlər