Yolu keçmək istəyən qadını avtomobil vurdu


15:13     11 Dekabr 2019 piyada1.jpg

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını yolu keçmək istəyən gənc qadını vurub. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 487