“EuroHome” sahibkarlarına ödəniləcək kompensasiyanın məbləği bu tarixdə müəyyənləşəcək


19:30     11 Dekabr 2019 2019/12/3183710c-dcfe-4241-aaf5-a89b7219549a_1576067521.jpg

“EuroHome” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar sahibkarlar tərəfindən Bakı-Sumqayıt yolunda hərəkətin dayandırılması ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla hadisə yerində görülüb.

Görüş zamanı Rayon İcra Hakimiyyəti başçısına “EuroHome” ticarət mərkəzinin rəhbəri tərəfindən sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparıldığı barədə məlumat verilib.

Femida.az xəbər verir ki, dəymiş ziyan müəyyən edildikdən sonra, vətəndaşlarla “EuroHome” tikinti materialları bazarının rəhbərliyi tərəfindən ödəniləcək kompensasiya şərtləri müzakirə ediləcək.

Qeyd edək ki, baş vermiş yanğın ümumilikdə 21.000 kv.m sahəni əhatə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 739