İranın Suriya və İraqdakı generalı vuruldu


13:24     24 Noyabr 2015 35323.jpg


İranın İraq və Suriyadakı əməliyyatlarına rəhbərlik edən İnqilab Mühafizəçiləri Korpusunun generalı Qasım Süleymaninin vurulduğu haqda xəbərlər yayılıb.


Femida.az xəbər verir ki, məlumatı Türkiyə mediası Suriyadakı və İrandakı qaynaqlara istinadən yayıb.


Məlumatlara görə, Qasım Süleymani Hələb yaxınlığında Suriya müxalifləri ilə döyüşdə ağır yaralanıb. Selymaninin hazırda Hələbdə gizli bir xəstəxanada saxlanıldığı bildirilir. Onun yaxın zamanlarda İrana göndərilməsi planlaşdırılır.

Məlumata görə, onunla birlikdə daha 4 iranlı zabit yaralanıb.

Qeyd edək ki, İran mediasının "İranın Polad Ələmdarı" adlandırdığı Qasım Süleymani ölkəsinin İraq və Suriya əməliyyatlarına rəhbərlik edirdi. Onun Bağdadda ABŞ hərbçiləri ilə danışıqlar aparan nümayəndə heyətinə rəhbərlik etdiyi də qeyd edilirdi. Süleymaninin ABŞ-lı hərbçilərlə fotoları da yayılmışdı. Bundan başqa Süleymani Rusiya ilə danışıqlar aparmaq üçün, İran hökuməti tərəfindən Moskvaya da göndərilmişdi.


Açar sözlər:

Oxunub: 1387