Diqqətli olun! - Pensiyaçılara qarşı yeni fırıldaqçılar peyda olub
09:47 16 Dekabr 2019
Fırıldaqçılar yeni üsula əl atıblar. Vətəndaşlara zəng edərək "Pensiyanız artıb. Artan məbləği balansınıza yükləmək üçün şəxsiyyət vəsiqəsi və kart məlumatlarınızı bizə göndərin" deyiblər.
Femida.az Xəzər TV-yə istinadla xəbər verir ki, belə bir hadisə paytaxt sakini Validə Əşrəfovanın başına gəlib.
Fırıldaqçılar yaşlı qadının pensiya kartından pul çəkmək isyətiyiblər. Yaşlı qadının qızının ayıqlığı bu cəhdin qarşısını alıb.
Hadisə Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini Validə Əşrəfovanın anasının başına gəlib. Validə Əşrəfova deyir ki, dünən tanımaqdıqları nömrədən ev telefonlarına zəng gəlib.
Bildirilib ki, pensiyalar 40 manat artıb. Artan məbləği karta yükləmək üçün yaşlı qadından lazımi məlumatları tələb ediblər.
Validə Əşrəfova bununla bağlı Dövlət Sosial Müdafiə fonduna zəng edib. Bildirilib ki, artımla bağlı heç bir vətəndaşın evinə zəng edilmir.
Biz də həmin şəxsin mobil nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticəsiz qaldı.
Artıq Validə Əşrəfova məsələ ilə bağlı Suraxanı rayon 31-ci polis bölməsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 702
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"