Prezident İşsizlikdən sığorta fondunun gəlirlərini və xərclərini təsdiqləyib
21:45 16 Dekabr 2019
Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanunu imzalayıb.
Femida.az-ın məlumatına görə, qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Maddə 1. Büdcənin ümumi göstəriciləri
İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2020-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri Məbləğ (manatla)
1. İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmio cümlədən: 111 869 600,00
1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 17 834 800,0
1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 834 800,0
1.3. qeyri-büdcə sektoru üzrə 76 200 000,00
2. Sair gəlirlər 30 000,00
3. 2019-cu ilin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti 16 335 800,0
Maddə 3. XərclərMüəyyən edilsin ki, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri Məbləğ (manatla)
1. İşsizliyə görə sığorta ödənişləri 5 000 000,00
2. Peşə hazırlığı və əlavə təhsilin təşkili 5 000 000,00
3. Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi 2 000 000,00
4. Əmək yarmarkalarının, əmək birjalarının təşkili 500 000,00
5. Haqqı ödənilən ictimai işlərin təşkili 2 000 000,00
6. Özünüməşğulluq tədbirlərinin təşkili 63 735 400,00
7. Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi 3 000 000,00
8. Peşə standartlarının hazırlanması 2 000 000,00
9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri 43 000 000,00
10. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi 1 000 000,00
11. Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri 1 000 000,00
Maddə 4. Qalıqlardan istifadə
İlin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir
Oxunub: 809
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib