Polis rəisi gəncləri narkomaniyaya qarşı birləşməyə çağırdı (VİDEO)
10:53 17 Dekabr 2019
Xəzər rayonunda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib.
Femida.az -a daxil olan məlumata görə, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 326 saylı orta məktəbdə “Narkotikə yox deyək” və “Narkomaniya sosial bəladır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev , Şəxsi Heyət üzrə rəisin köməkçisi Seyfəl Leysanov, Xəzər Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, məktəbin direktoru Elmnaz Nadirova şagirdlər qarşısında çıxış ediblər.
Xəzər Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib.
Daha sonra Xəzər RPİ-nin YYÇPİTB-nin əməkdaşI polis baş leytenantı Xəyalə Həsənova çıxış edərək narkotik vasitələrin orqanizmə vurduğu fəsadlardan danışmış, uşaqların vətənimizə, dövlətimizə sadiq olmağı, ölkəmizin milli qəhrəmanlarını nümunə göstərməklə vətənpərvərlik ruhunda böyümələrini gənclərimizə tövsiyyə etmişlər.
Qeyd edək ki, tədbirin sonunda bu bəlaya düçar olanlar barəsində süjet təqdim olunub.
Oxunub: 4369
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Polis Yevlaxda əməliyyat keçirib, ata-oğul saxlanılıb
- Polis qadını iş başında tutdu: Görün nə edirmiş +VİDEO
- Polis azad edilmiş ərazilərə keçmək istəyən yeniyetməni saxlayıb
- Polis bu qızı axtarır - Foto
- Polisin şöbədə arvadını öldürdüyü an - VİDEO
- Polis şöbəsində arvadını güllələyən serjanta 18 il həbs cəzası verilib
- Polis əməliyyat keçirib, “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb
- Polis əməliyyat keçirib, 76 kq narkotik dövriyyədən çıxarılıb