Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır


17:09     18 Dekabr 2019 girov.jpg

“Əsir və girovların dəyişdirilməsi həmişə olduğu kimi indi də gündəmdədir”.



Femida.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova dekabrın 18-də keçirdiyi brifinqdə deyib.

“Azərbaycan, Rusiya və Azərbaycan xariçi işlər nazirlərinin bu ilin aprel ayında Moskvada keçirilən görüşündə bu məsələ müzakirə olunub. Qeyd edim ki, bu cür aksiyaları əsir və girovluqda lanların vəziyyətlərinin yaxşılaşdırılması baxımından ilk addım kimi qiymətləndiririk. Həm də digər əsirlərin dəyişdirilməsi istiqamətində də danışıqlar aparılır. Əgər razılıq əldə olunarsa, biz bunu dəstəkləyəcəyik”, deyə M.Zaxarova vurğulayıb.

Açar sözlər:

Oxunub: 755