Ədliyyə Nazirliyi Kollegiyası “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda dəyişiklik etdi


13:01     19 Dekabr 2019 trend_edliyye_nazirliyi_justice_ministry_album.jpg

Azərbaycanda qeyri-kommersiya qurumlarının yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatların reyestrə daxil edilməsi proseduru müəyyənləşib.


Femida.az xəbər verir ki, Ədliyyə Nazirliyi Kollegiyası bununla bağlı “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda dəyişiklik edib.

Qaydalara əlavə edilən XI-II–ci hissəyə əsasən, qeyri-kommersiya qurumlarının yenidən təşkil edilməsi, yaxud ləğv olunması qadağan edildikdə bu barədə məhkəmə qərarı Ədliyyə Nazirliyinə daxil olduğu gündən 5 gün müddətində hüquqi şəxslərin dövlət reyestrində müvafiq qeydlər aparılacaq. Qeyri-kommersiya qurumu müəyyən fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edildikdə bu barədə məhkəmə qərarının surəti Ədliyyə Nazirliyinə daxil olduğu gündən 10 gün müddətində hüquqi şəxslərin dövlət reyestrində müvafiq qeydlər aparılaraq 2 gün müddətində icra məmuruna məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1069