“Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydalarında dəyişiklik edilib


18:06     19 Dekabr 2019 2019/12/2843F587-7E88-4425-9F1F-A7CEB95D9995_1576765003.jpeg


Baş Nazir Əli Əsədov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişikliklər edilməsi haqqında” 2016-cı il 22 fevral tarixli 77 nömrəli “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nda dəyişiklik edilməsi barədə” qərarlarında dəyişiklik edib.



Femida.az xəbər verir ki, sənədə əsasən, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının elektron sağlamlıq kartı üzrə məlumatları onun fərdi identifikasiya kartının elektron daşıyıcısında (çipdə) yerləşdirilməsi üçün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə ötürülür” qaydası 2020-ci il yanvarın 1-dən deyil, 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Femida.az

Açar sözlər:

Oxunub: 576