XİN: Avropa İttifaqı ilə əməkdaşlığa böyük əhəmiyyət veririk
23:57 19 Dekabr 2019
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Femida.az -a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıblar və maraq doğuran sahələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.
Görüş zamanı həmçinin Azərbaycanla Aİ arasında yeni Saziş mətninin razılaşdırılması üzrə aparılan danışıqların cari vəziyyəti müzakirə edilib.
Jan-Kristof Belliard Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın mövcüd durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Elmar Məmmədyarov ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini və buna böyük əhəmiyyətin verildiyini qeyd edib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.
Femida.az
Oxunub: 682
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"