DİN məlumat yaydı: 22 nəfər saxlanılıb


09:29     20 Dekabr 2019 dinnnn.jpg

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az- a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 9 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 568