Əlcəzairdə konstitusiya dəyişdiriləcək - Prezidentin səlahiyyətləri azaldılır


14:38     21 Dekabr 2019 2019/12/1576827793_1576918201.jpg

Əlcəzairin yeni Prezidenti Əbdülməcid Təbbun andiçmə mərasimində çıxış edib.


Prezident çıxışı zamanı vurğulayıb ki, Əlcəzairdə Respublikanın bünövrələri yenidən qurulacaq.

"Bununla bağlı dəyişikliklərə gedəcəyik. Yeni Konstitusiyada qanunlara əsasən, Prezidentin səlahiyyəti azaldılacaq, iki dəfədən çox Prezident seçilmək mümkün olmayacaq", - deyə Əbdülməcid Təbbun diqqətə çatdırıb. O qeyd edib ki, xarici siyasətdə də sülhə və terrorçuluqla mübarizədə əməkdaşlıqlara üstünlük veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 818