Trans yağlarla bağlı hüquqi sənəd hazırlanır
15:58 29 Dekabr 2019
Azərbaycanda trans yağları ilə bağlı müvafiq normativ hüquqi sənədlər işlənilir.
Femida.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, sənədlər hazır olunqda Ədliyyə Nazirliyinə təqdim olunacaq.
AQTA sədri qeyd edib ki, orada qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə minəcək: "Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir. Çünki hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8 % təşkil edir. Bu rəqəm 2 % olmalıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istəyir ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq ölkədə də trans yağlarının yuxarı həddini 2 % edək. Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır".
Femida.az
Oxunub: 533
Oxşar xəbərlər
- Transformatora girən azyaşlının 2 ayağı və qolu amputasiya edildi
- Transyağların həcminə daha ciddi nəzarət olunacaq
- Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılır
- Transseksuallar iki gənci bıçaqladı,jurnalistlərə hücum çəkdi (18+VİDEO)
- Transseksuallığı təbliğ edən sayt kimindir? - Mətbuat Şurasının DİQQƏTİNƏ!