Həbsdəki oğluna narkotik keçirmək istəyən şəxsin məhkəməsi başlayır


20:04     30 Dekabr 2019 1398947325_mehkeme.jpg

Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində Cəzaçəkmə müəssisəsində müalicə alan oğluna narkotik maddə keçirmək istəyən Ramiz Bədəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az -ın xəbərinə görə, cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Elnur Nuriyevin icraatına verilən iş üzrə hazırlıq iclası 2020-ci il yanvarın 13-də keçiriləcək.

Qeyd edək ki, R.Bədəlov bu ilin iyul ayında, külli-miqdarda narkotik satışna cəhddə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilən oğlu Əhməd Bədəlov ilə qısamüddətli görüşə gəlib.

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun müalicə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.

Belə ki, Bakı şəhər sakini Bədəlov Ramiz Xadmetulla oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan “Head & Shoulders” markalı saç şampununun içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd bükülüdə 0,923 qram marixuana və 0,728 qram heroin aşkar edilib.

Ona CM-nin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 584