Ümumtəhsil məktəblərinin vəzifələri artırılıb


09:15     31 Dekabr 2019 1442037015_trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg



Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

Femida.az-ın məlumatına görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əlavə edilən yeni bəndə əsasən, ümumtəhsil məktəbi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli qanuna əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar. Nazirlər Kabineti də qanuna uyğun olaraq “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə müvafiq dəyişiklik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 495


Oxşar xəbərlər