Gədəbəydə 2 maşın toqquşub, ölən və yaralılar var


14:38     01 Yanvar 2020 1433768673_bakida-sernishin-avtobusu-yuk-mashini-ile-toqqushub.jpg

Gədəbəy rayonunun Yenikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, dekabrın 31-də saat 12 radələrində Gədəbəy rayonunun Yenikənd kəndi ərazisində Qurudərə kənd sakini İ.İsmayılzadənin idarə etdiyi “Volkswagen” və şəhər sakini Fərman Həsənovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub.

Nəticədə hər 2 sürücü, İ.İsmayılzadənin 1 sərnişini, habelə F.Həsənovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. F.Həsənov orada ölüb. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 517


Oxşar xəbərlər