Polis Gəncə sakinindən silah götürdü


20:25     06 Yanvar 2020 20_01_06_1578328037.jpg

Gəncə şəhəri BPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş B.Səmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 783