Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır
13:51 09 Yanvar 2020
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci il “Könüllülər ili” olması prosesinə uşaqların da töhfə verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə “Uşaq Səfirlər Məclisi”nin yaradılmasını elan edir.
Femida.az -ın məlumatına görə, Məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələr aparılacaq, onların həlli istiqamətində təkliflər irəli sürüləcək. Dövlət Komitəsi Məclis üzvü seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqları təşkil edilən müsabiqədə iştirak etməyə dəvət edir.
Məclis üçün ilkin qeydiyyat və növbəti mərhələlər haqqında ətraflı məlumatı Dövlət Komitəsinin saytından almaq olar.
Oxunub: 487
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Bu gün Azərbaycanda Anım Günüdür
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib