DİN 14 yaşlı oğlanın zorlanmasını xəbərini təkzib edib


15:15     09 Yanvar 2020 20_01_09_1578568591.jpg

Daxili İşlər Nazirliyi İmişlidə 14 yaşlı oğlanın zorlanaraq kanala atılması iddiası ilə bağlı rəsmi açıqlama yayıb.


Femida.az -a daxil olan açıqlamada bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir və informasiya təhrif olunub.

Televiziya kanallarının birində yayımlanan verilişdə çıxış edən İmişli rayon sakini oğlunun təcavüzə məruz qalması və kanala atılması barədə səsləndirdiyi iddialar faktın təhrif olunmasından başqa bir şey deyil.

Məsələ ondadır ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan Məhəmməd Əvəzov ötən il oktyabrın 16-da İmişli RPŞ-yə ərizə ilə müraciət edərək 14 yaşlı oğlu Vüqarın yaşadığı evin yaxınlığında qoyun otardığı vaxt tanımadığı şəxs tərəfindən boğularaq boğaz nahiyəsindən xəsarət yetirdiyini bildirməklə bu barədə tədbir görülməsini xahiş etmişdir.
Vüqarı müayinə edən həkim və ekspert rəyində qeyd olunur ki, onda aşkar edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vüqarın guya zorlanması və kanala atılması isə ümumiyyətlə uydurma və əsassız iddiadır.
Bundan başqa araşdırma zamanı Vüqarı döydürdüyü iddia olunan Zahid Vəliyev izahatında göstərmişdir ki, Məhəmmədlə aralarında torpaq mübahisəsi var. O, həmçinin Vüqarın üstünə adam göndərmədiyini və onu döydürmədiyini, torpaq sahəsini icarəyə vermədiyi üçün Məhəmmədin qərəzli olaraq ondan əsassız şikayət etdiyini bildirmişdir.

Açar sözlər:

Oxunub: 861