Asim Mollazadə: “Prezidentin Riqaya getməməsi münasibətlərə xələl gətirməyəcək”


18:37     21 May 2015 15.jpg

Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək Avropa Birliyinin Şərq Tərəfdaşlığı samtinə qatılmaqdan imtina edib. Maraqlıdır, prezidentin bu qərarı Avropa Birliyi Azərbaycan münasibətlərinə necə təsir göstərəcək?


Femida.az-a açıqlama verən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə ölkəmizin Avropa Birliyi ilə münasibətlərinə heç bir xələl gəlməyəcəyini bildirib:

Azərbaycan uzun müddətditr ki, Avropa Birliyinin tərəfdaşıdır. Hazırda ölkəmizlə bu qurum arasında enerje və strateji tərəfdaşlq haqda sazişlər işlənib hazırlanmaqdadır. Bu plan həm Avropa Birliyi, həm də ölkəmiz tərəfdən müsbət qarşılanıb. Ölkə prezidentinin Riqa samitinə qatılmaması tərəfdaşlar arasında heç bir ciddi problemə səbəb olmayacaq. Avropa Birliyi hazırda ikili standartlar siyasəti həyata keçirir. Ukraynanın ərazisinə müdaxilə edən Rusiyaya sanksiyalar tətbiq olunur, 20 ildən çoxdur ki, Azərbaycanın torpaqlarını işğal edən Ermənistana isə nəinki sanksiya tətbiq olunur, əksinə onlara tərəfdaşlıq təklif olunur.”

Femida.az

Açar sözlər:

Oxunub: 784


Oxşar xəbərlər