Binalarda hansı hallarda eyvanları uzatmaq olar? - RƏY


18:10     09 Yanvar 2020 20_01_09_1578574876.jpg

Azərbaycan şəhərlərindəki çoxmənzilli binalara əlavə olunan eyvanlar respublika sakinləri üçün adi hala çevrilib. Xüsusilə, belə uzantılara Sovet dövrünün evlərində rast gəlinir. Ancaq bu gün damında layihə ilə nəzərdə tutulmamış əlavə mərtəbələrin tikildiyi tamamilə məskunlaşmış hündürmərtəbəli binalarda da (yeni tikililər) qarşımıza çıxır.

Həm eyvanların uzadılması, həm də əlavə mərtəbələrin inşasının qanuniliyi necə tənzimlənir?
Hansı hallarda binanın layihəsində dəyişiklik etməyə yol verilir?

Femida.az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a əmlak eksperti Nüsrət İbrahimov danışıb. O, bildirib ki, çoxmənzlilli yaşayış binalarında və yaxud fərdi yaşayış evlərində hər hansı bir konstruktiv dəyişiklik edilirsə, onların layihə sənədləri yenidən işlənməlidir. Layihə sənədini işləyən memar əvvəlki layihə ilə indiki layihəni müqayisə edib bu binaya düşən ağırlıq mərkəzlərini, eyni zamanda ağırlığın simmetrik paylanmasını və bir çox faktı yoxlamalıdır. Əgər binanın bünövrəsi, onun yerləşdiyi qurunt və aşağı hissəsi bütün ağırlığı götürə biləcəksə və gələcəkdə hər hansı fəsadlardan yan keçəcəksə, bu halda yeni layihə işlənilir və daha sonra yeni layihəyə uyğun həmin binada konstruktiv elementlər dəyişdirilə bilər. Əgər layihə işlənilməyib, müasir qurumlardan keçməyib, təsdiqlənməyib və icazəsi alınmayıbsa, yəni icazəsi tələb olunan binalarda hər hansı konstruktiv dəyişikliklərə qəti icazə verilmir.

Açar sözlər:

Oxunub: 704


Oxşar xəbərlər