MTN-in qadın generalı haqda məhkəmə qərarı


15:56     26 Noyabr 2015 12166246_835945983170271_110872161_n-(1).jpg


Dünən Baş Prokurorluğun yaydığı məlumatda Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinin törətdiyi cinayət əməllərinə görə nazirliyin 19 vəzifəli əməkdaşının həbs edildiyi bildirilirdi. Bundan başqa MTN-in yüksək vəzifə tutmuş 1 əməkdaşı barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Femida.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilən şəxs MTN-nin Əməliyyat Texniki idarəsinin keçmiş rəisi, Azərbaycanın yeganə qadın generalı olan Natavan Mürvətovadır.

Qeyd edək ki, MTN işi ilə əlaqədar nazirliyin istintaqdan yayınan 1 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Açar sözlər:

Oxunub: 1348