MSK DSK-nın qərarını ləğv edib


16:56     15 Yanvar 2020 mskkk.jpg

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 35 saylı Xətai III seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Abbasov Çərkəz oğlunun müraciətinə baxılıb.



Femida.az -ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova deyib ki, Mərkəzi Seçki Komissiyasının ekspert qrupunun araşdırması nəticəsində həqiqətən də Dairə Seçki Komissiyasının qərarında aidiyyəti olmayan maddələr sadalanması məlum olub: "Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”.

Bu səbəbdən Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

Açar sözlər:

Oxunub: 847