Əmək müqavilələrinin qeydiyyatına görə özəl sektor dövlət sektorunu üstələyib


14:44     16 Yanvar 2020 yoxlama8.jpg

Özəl sektorda əmək müqavilələrinin qeydiyyatının artımı dövlət sektorundakı həmin göstəricini 3 dəfə üstələyib.


Femida.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2019-cu ildə dövlət sektorunda əmək müqavilələrinin qeydiyyatının artımı 6,6 faiz təşkil edib.

M.Cabbarov qeyd edib ki, özəl sektorda əmək müqavilələrinin qeydiyyatının artımı 18,3 faiz təşkil edib ki, bu da dövlət sektorundan 3 dəfə çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 491