Deputatlığa namizədin əmisi oğlu narkotikə görə həbs edildi
17:25 23 Yanvar 2020
Deputatlığa namizəd Qəribov Rəşad Fərhad oğlunun əmisi oğlu azadlıqdan məhrum edilib.
Femida.az-ın məlumatın görə, Kürdəmir rayon məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmü ilə Qəribov Araz Fəxrəddin oğlu Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, narkotiklə həbs olunan Araz Qəribov Milli Məclisin III çağırış deputatı Fərhad Qəribovun qardaşı oğludur. Fərhad Qəribovun oğlu Rəşad Qəribov isə 57 saylı Kürdəmir Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Femida.az
Oxunub: 1272
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib