AVRO-2020 ilə əlaqədar turizm şirkətləri üçün seminar təşkil olunub
19:56 24 Yanvar 2020
Yanvarın 24-də Bakı Olimpiya Stadionunda Azərbaycan Turizm Bürosu və Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun birgə təşkilatçılığı ilə yerli turizm şirkətləri üçün seminar təşkil olunub.
Femida.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, seminarda 40-a yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib.
Tədbirin keçirilməsində məqsəd yerli turizm agentliklərinə Avro-2020-nin Bakıda keçiriləcək 3 oyunu (Uels – İsveçrə, Türkiyə – Uels, İsveçrə – Türkiyə) və 1/4 final qarşılaşmasına hazırlıq prosesi barədə məlumat vermək, turistlərin Azərbaycana cəlb edilməsi baxımdan mümkün əməkdaşlıq və dəstək məsələlərini müzakirə etmək olub.
Yerli Əməliyyat Qrupunun nümayəndələri tədbir zamanı fan-zona, bilet satışı, nəqliyyat, oyunlara ev sahibliyi edəcək Bakı Olimpiya Stadionu və ümumi hazırlıqlarla bağlı müxtəlif təqdimatlarla çıxış ediblər.
Azərbaycan Turizm Bürosunun nümayəndələri də öz növbələrində turizm infrastrukturunun oyunlara hazırlığı barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, Avro-2020 oyunlarının rəsmi maskotu Skillzy-nin təqdimatı həyata keçirilib və qonaqlar üçün Bakı Olimpiya Stadionunda xüsusi tur təşkil olunub.
Amin Nəzərli
Femida.az
Oxunub: 984
Oxşar xəbərlər
- Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü
- Azərbaycan, Türkiyə və UEFA prezidentləri Türkiyə -Uels matçında - FOTO
- UEFA "Qarabağ"ın mətbuat katibi ilə bağlı qərarını verdi
- "Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
- UEFA Millətlər Liqasının oyununu ləğv edib
- "Qarabağ" UEFA-ya rəsmi müraciət ünvanladı
- UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri ilə bağlı qərarını açıqlayıb
- UEFA Azərbaycan klublarının borcunu açıqladı: 20 milyon avro
- UEFA "Qarabağ"ın hesabına 260 min köçürüb
- UEFA Azərbaycan futbol klublarına vəsait ayırdı