Binəqədinin şöbə müdiri istintaqa cəlb edildi - Yenilənib


21:45     21 May 2015 1430144934_arrest_17_1213s.jpg

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov istintaqa cəlb edilib.


Yerli mediada Binəqədi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun həbs olunması barədə xəbərlər yayılıb. Həbsin səbəbi isə yanan bina ilə bağlı başladılmış cinayət işi ilə əlaqədar olduğu deyilir.

Yanan binaya penoplast vuran şirkətlə müqaviləni təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun bağladığı bildirilir. Mənbənin məlumatına görə yanan binaya penoplast vurulmamışdan öncə bina sakinləri Binəqədi Icra Hakimiyyətində olublar və icra başçısı Xaləddin İsgəndərovun qəbulundə olaraq üzlüklərin vurulmasına etiraz ediblər. Lakin həmin vaxt rayon icra başçısı Xaləddin İsgəndərov və təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov sakinləri otaqdan qovaraq “təxribat” yaratmaqda ittiham ediblər.

Binəqədi rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsa da, cəhdlərimiz boşa getdi.

****

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova məsələ ilə bağlı Femida.az-a açıqlama verib. O qeyd edib ki, məlum faciə ilə bağlı istintaq prosesi gedir:

“Elə ötən gün yaradılmış Komissiyasının iclasında Baş prokuror Zakir Qaralov bildirdi ki, bir neçə şəxs istintaqda dindirilib. Qeyd edim ki, təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov da dindirilib. Amma həbsdən söhbət gedə bilməz. 1 saat əvvəl özüm onunla görüşmüşəm. Hətta ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olaraq mənə də istintaqdan zəng vurublar. Bu çox önəmli məsələ olduğu üçün istintaqa kiçik detal da yardım edə bilər”.

Açar sözlər:

Oxunub: 1741