Xanlar Vəliyev: "Azərbaycan intibah dövrünü yaşayır"


16:07     31 Yanvar 2020 2020/01/AI5A3023_1580473017.jpg

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib.

Femida.az xəbər verir ki, iclasda çıxış edən Hərbi Prokuror Xanlar Vəliyev bildirib ki, Cənab Prezident İlham Əliyev xalq qarşısında verdiyi vədləri əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir:

"Tarixə islahatlar ili kimi düşən ötən ildə aparılan çoxşaxəli islahatlar və görülmüş böyük işlər nəticəsində dövlətimiz daha da qüdrətlənmiş, xalqımızın rifah halı hərtərəfli yaxşılaşdırılmış və təbii olaraq əhalinin sayı da artaraq on milyonu keçmişdir. Təsadüfi deyil ki, Azərbaycan Davos Ümumdünya İqtisadi Forumuna əsasən islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşmış, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoymuşdur. Sadalananlar qəti əminliklə onu deməyə əsas verir ki, Azərbaycan intibah dövrünü yaşayır".


Ölkəmizin hərtərəfli inkişafında və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində yüksək erudisiyası, dərin düşüncəsi, mükəmməl idarəçilik qabiliyyəti, millətinə və dövlətinə sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi, saysız-hesabsız xeyirxah əməlləri və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev bu nəcib insanın UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanla adları çəkilən beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranmasındakı, xalqımızın, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, o cümlədən xalçaçılıq, muğam, aşıq sənətinin, milli musiqi alətlərimizin və sair dəyərlərimizin bütün dünyaya tanıdılmasındakı misilsiz xidmətlərindən bəhs etməklə, ötən il “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini xüsusi vurğulayıb:

"Mehriban xanımın bəşər mədəniyyətinin inkişafı istiqamətində gördüyü böyük işlər və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər, ona Azərbaycan xalqının sonsuz sevgisi ilə bərabər, bir sıra ölkələrin vətəndaşlarının da rəğbətini qazandırmışdır. Dünya dövlətləri ilə, o cümlədən qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsinin, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindəndir"

Hərbi Prokuror Xanlar Vəliyev, Mehriban xanım Əliyevanın Azərbaycan-Rusiya arasında olan sıx əlaqələrin daha da inkişafına və şaxələndirilməsinə xidmət edən 20-25 noyabr 2019-cu il tarixlərdə Rusiya Federasiyasına rəsmi səfərinin mühüm əhəmiyyətindən söz açıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1189