"Cənnət Park"dakı yanğında 4 FHN əməkdaşı xəsarət aldı - RƏSMİ


16:07     06 Fevral 2020 20_02_06_1580990891.jpg

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonundakı “Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğınla bağlı məlumat yayıb.


TƏBİB-dən Femida.az-a verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2 ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 FHN işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub.

Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir.

Femida.az

Açar sözlər:

Oxunub: 483