Baş Prokurorluq yol qəzası ilə bağlı məlumatı təkzib etdi


14:19     09 Fevral 2020 20_02_09_1581244504.jpg

“Bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb”.

Femida.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

O qeyd edib ki, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur: “Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların Mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər”.

Femida.az

Açar sözlər:

Oxunub: 732