Azərbaycan əhalisinin son sayı
12:17 12 Fevral 2020
Ötən il ölkə əhalisinin sayı 85651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10067108 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Dövlət Statistika Komitəsindən Femida.az -a verilən məlumata görə, cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayıb.
Ölkə üzrə əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub və bu göstərici Bakı şəhərində (1072 nəfər), Lənkəran (156 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.
Femida.az
Oxunub: 890
Oxşar xəbərlər
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Britaniya kəşfiyyatı: "Xersonda ərzaq qıtlığı əhalinin kütləvi köçünə səbəb olacaq"
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- ETSN əhaliyə Kürün daşma təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- Əhaliyə şad xəbər: Bu dövlət rüsumları ləğv edildi
- Əhaliyə sevindirəcək XƏBƏR - Kredit faizləri azaldıla bilər - VİDEO
- Əhaliyə ŞAD XƏBƏR : Hamının gözlədiyi qərar verilir - VİDEO
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib