Bakının mərkəzində hərəkət dəyişdirildi


15:22     13 Fevral 2020 20_02_13_1581593015.jpg

Paytaxtın Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.


Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumatda bildirilir ki, bununla əlaqədar, kəsişmədə işıqfor obyekti işə salınıb.

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq.

Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 968